
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının 25-ci Zirvə toplantısı çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi görüşdə Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarına toxunub.
Globalinfo.az xəbər verir ki, Ərdoğan bölgədə uzunmüddətli sülhün bərqərar olmasının vacibliyini vurğulayaraq, bu prosesin uğurla nəticələnəcəyinə ümid etdiyini bildirib.
Cənubi Qafqazda sabitliyin həm Türkiyə, həm də Rusiya üçün önəmli olduğunu qeyd edən Ərdoğan, regional təhlükəsizliyin möhkəmlənməsinin hər iki tərəfin maraqlarına uyğun gəldiyini diqqətə çatdırıb.
Türkiyə Prezidenti, həmçinin, Ukrayna müharibəsinə toxunaraq, ədalətli və qalıcı sülhün əldə olunması üçün göstərilən diplomatik səylərin davam etdirildiyini və İstanbulda keçirilmiş danışıqların bu istiqamətdə əhəmiyyətli rol oynadığını vurğulayıb.













