f9b927c40c29e53bda4eafdbb95cc2a4

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Belarusda irimiqyaslı təlimlərə başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Bildirilib ki, təlimlər Vitebskdə keçirilir və eyni anda üç manevrdən ibarətdir:

“Qarşılıqlı fəaliyyət-2025”, “Axtarış-2025” və “Eşelon-2025”. Həmçinin təlimlərə 2000-dən çox hərbi qulluqçu və 450 ədəd silah və texnika, 9 döyüş təyyarəsi və helikopter, 70-dən çox pilotsuz uçuş aparatı cəlb edilib”.

Qeyd edilib ki, əməliyyatda Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistandan olan KTMT Kollektiv Qüvvələrinin kontingentləri iştirak edir.

“Qarşılıqlı fəaliyyət-2025” təliminin əsas məqsədi KTMT-yə üzv ölkələrdən birində yaranmış böhranlı vəziyyətin həlli üçün birgə hərəkətlərin həyata keçirilməsidir . “Axtarış-2025” kəşfiyyat xidmətlərinin qarşılıqlı fəaliyyətinə, “Eşelon-2025” isə əməliyyatların maddi-texniki təminatı məsələlərinə həsr olunub”, – deyə təlimlərin mətbuat mərkəzindən əlavə olunub.

Qeyd edək ki, avqustun əvvəlində Belarus Müdafiə Nazirliyi sentyabrın əvvəlində respublikada KTMT formatında bir sıra təlimlərin planlaşdırıldığını elan edib. Rusiya qoşunlarının ilk eşalonu “Zapad-2025” təlimləri üçün Belarusa gəlib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: