Rusiya–Ukrayna müharibəsində Rusiya tərəfindən döyüşlərdə iştirak edən Şəmkir sakini həlak olub.
Globalinfo.az xəbər verir ki, Şəmkir şəhərində anadan olmuş Rusiya vətəndaşı, 1989-cu il təvəllüdlü Rasim Kazımov may ayında gedən döyüşlər zamanı həyatını itirib.
O, bu ilin fevral ayında müharibəyə qatılıb. Mərhumun yaxınları APA-ya bildirilib ki, Rasim Kazımovun həlak olması ilə bağlı onlara 1 gün əvvəl məlumat verilib.
Rasim Kazımovun meyitinin yaxın günlərdə Şəmkirə gətirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Rusiya-Ukrayna döyüşlərində həlak olan Rasim Kazımov subay olub.