Bakıda tikinti şirkətində ölüm hadisəsi baş verib.
Globalinfo.az-ın əldə etdiyi məlumata görə, hadisə Səbail rayonu Bayıl qəsəbəsi Neftçi Qurban küçəsində baş verib. Bu küçədə “Qarabağ 2020” MMC tərəfindən tikilən binada fəhlə işləyən İmişli rayon sakini, 1971-ci il təvəllüdlü Ehtiram Cavadov qəfil ölüb.
Aparılan ilkin yoxlama zamanı onun ürəyinin partladığı məlum olub.
Faktla bağlı araşdırma aparılır.