Rusiyanın Ryazan vilayətində barıt istehsalı zavodunda partlayışda ölənlərin sayı 5-ə çatıb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Rusiya mətbuatı “Elastik” zavodunda yanğınla müşayiət olunan partlayışda yaralananlardan 10 nəfərinin vəziyyətinin ağır olduğunu yazır.
Dağıntılar altında qalanların olduğu bildirilir.
İlkin ehtimala görə, partlayışa barıt istehsal edən sexdə texniki təhlükəsizlik qaydalarına əməl edilməməsi səbəb olub.
Qeyd edək ki, 2021-ci ildə də bu zavodda partlayış baş verib. Həmin vaxt barıt istehsalı sexində baş vermiş partlayışda 17 nəfər ölmüşdü.
X X X
Rusiyanın Ryazan vilayətində barıt istehsalı zavodunda partlayışda üç nəfər ölüb.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Şilov rayonunda yerləşən “Elastik” zavodunda partlayışda 20 nəfərin yaralandığı bildirilib.
XXX
Rusiyanın Ryazan vilayətinin Şilovo rayonunda yerləşən “Elastik” zavodunda baş verən partlayış nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb, yaralananların sayı 100-ü keçib.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Yanğının nəticələrini aradan qaldırmaq üçün 100 nəfərdən ibarət iki FHN briqadası əraziyə göndərilib.













