lavrov 134

Xəbər verdiyimiz kimi, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Prezident Vladimir Putinin ABŞ lideri Donald Trampla görüşü öncəsi Alyasakaya çatıb. Onun üzərində “SSRİ” yazısı qeyd olunan köynəyi diqqət çəkib. 

Globalinfo.az xəbər verir ki, Lavrov qaldığı oteldə “Rossiya-24” telekanalının suallarını cavablandırıb.

O, Rusiyanın heç vaxt geridə qalmadığını bildirib:

“Moskvanın arqumentləri, açıq-aydın və dəqiq mövqeyi var. Görüşdə bunları təqdim edəcəyik. Artıq ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun Rusiyaya səfəri zamanı çox iş görülüb. Bunu Rusiya prezidenti də bildirib. Uitkoff Moskvada Trampın adından danışırdı. Ümid edirəm ki, görüşdə də bu faydalı söhbəti davam etdirəcəyik”.

Qeyd edək ki, görüş bu gün Moskva saatı ilə 22:30-da başlayacaq.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: