Zelenskidən işğal altındakı 3 şəhər haqda qərar

Ukrayna Prezidenti Vladimir Zelenski Luqansk vilayətinin üç şəhərində hərbi administrasiyaların yaradılmasını əmr edib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Zelenski fərman imzalayıb.

Məlumata görə, hərbi administrasiyalar Severodonetsk, Popasnaya və Qorskidə yerləşəcək.

Qeyd edək ki, hər 3 şəhər Rusiyanın işğalı altındadır.