5f536eb4 95b4 33e7 bdca 4426908595c8 850

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılmasını müzakirə ediblər.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın xarici siyasət idarəsinin mətbuat xidməti məlumat yayıb.

Hindistanın xarici işlər naziri ölkəsinin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına tərəfdar olduğunu bildirib.

“Nazirlər ikitərəfli əsasda və beynəlxalq platformalarda tərəfdaşlığı daha da inkişaf etdirməyə hazır olduqlarını təsdiqləyiblər”, – məlumatda deyilir.

Paylaş: