NBC telekanalının iddiasına görə, ABŞ Prezidenti Donald Trampla İsrailin Baş naziri Benyamin Netanyahunun söhbəti əsəbi notlara keçib və Tramp Qəzzadakı aclıqla bağlı məlumatı inkar edən Netanyahunun sözlərinə qışqıraraq reaksiya verib.
Globalinfo.az xəbər verir ki, İsrail tərəfi bu məlumatı təkzib edib.
Netanyahunun mətbuat xidməti yayılan xəbərlərin əsassız olduğunu bildirib:
“Baş nazir Netanyahuyla Prezident Tramp arasında yüksək tonla gedən heç bir söz mübadiləsi olmayıb. Bu barədə yayılan məlumatlar tamamilə yalandır,” – deyə bəyanatda vurğulanıb.
Əliyar Xəlil
Globalinfo.az