6895048871e9d6895048871e9e17545964886895048871e9b6895048871e9c

Azərbaycan Prezidenti İlham Əliyevin və ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun iştirakı ilə avqustun 7-də Vaşinqtonda SOCAR-la “ExxonMobil” şirkəti arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb.

Globalinfo.az xəbər verir ki, sənədi Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və “ExxonMobil” şirkətinin vitse-prezidenti Con Ardill imzalayıblar.

Qeyd edək ki, Prezident İlham Əliyev ABŞ-də işgüzar səfərdədir.

Paylaş: