putin 3

Rusiya Prezidenti Vladimir Putin avqustun sonunda Hindistana səfər edəcək. 

Globalinfo.az xəbər verir ki, bunu Hindistanın baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Ajit Doval açıqlayıb.

Doval Moskvada Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşüb.

“İndi biz ölkələrimiz arasında çox yaxşı, çox yüksək qiymətləndirdiyimiz, strateji tərəfdaşlıq əlaqələri qurmuşuq. Biz yüksək səviyyədə qarşılıqlı fəaliyyət göstəririk. Prezident Putinin ölkəmizə avqustun sonlarına planlaşdırılan səfəri barədə məlumat almaqdan məmnun olduq”, – Hindistan rəsmisi bildirib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: