tramp putin9 900x579 1

RusiyaABŞ iki ölkənin prezidentlərinin yaxın günlərdə görüşməsi üçün razılığa gəliblər”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov açıqlayıb.

Uşakov görüşün ABŞ-ın təklifi ilə razılaşdırıldığını deyib:

“Biz indi amerikalı həmkarlarımızla görüşün detallarını müzakirə müzakirə edir və hazırlıqlara başlayırıq. Həmçinin görüş yeri də prinsipial olaraq razılaşdırılıb. Bu barədə daha sonra məlumat verəcəyik”.

Qeyd edək ki, ötən gün Rusiya Prezidenti Vladimir Putinin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla müzakirəsi zamanı Donald Tramla görüşmək istədiyini dediyi və bu təklifin Ağ evə çatdırıldığı barədə məlumat yayılmışdı.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: