lopez

Amerikalı müğənni Cennifer Lopezin konserti İrəvanda səs-küyə səbəb olub.

Globalinfo.az xəbər verir ki, bununla bağlı erməni hüquqşünas Ruben Melikyan paylaşım edib.

“36 dərəcə istidə 56 yaşlı müğənninin ləyaqətini 2 saat musiqi müşayiəti ilə izləmək üçün 60 min dramdan çox xərcləmək? Bağışlayın, sizi başa düşmürəm”, – deyə o bildirib.

O, konsertin yaxşı keçəcəyinə ümid etdiyini vurğulayıb.

Xatırladaq ki, Lopez avqustun 3-də İrəvanda çıxış edəcək.

Leyla Əlisoy
Globalinfo.az

Paylaş: