63d3eeb33f9a663d3eeb33f9a7167483358763d3eeb33f9a463d3eeb33f9a5

Qazaxıstan XİN Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu qətiyyətlə pisləyir.

Globalinfo.az xəbər verir ki, bu barədə Qazaxıstan XİN-in mətbuat xidmətindən bildirilib.

“Bu gün Tehranda baş vermiş, ölümlə və diplomatik missiya üzvlərinin xəsarət alması ilə nəticələnmiş silahlı basqını pisləyirik. Qazaxıstan hər hansı zorakılıq, diplomatik nümayəndəliklərə və onların nümayəndələrinə qarşı təcavüz hərəkətlərini qəbuledilməz sayır. Hesab edirik ki, bu cür hücumlar beynəlxalq hüququn əsaslarını, normalarını pozur və ümumi qınaq obyekti olmalıdır. Qardaş Azərbaycan xalqına, habelə vəfat etmiş Azərbaycan vətəndaşı Orxan Əsgərovun qohumlarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Yaralıların tezliklə sağalmasını arzu edirik”, – XİN qeyd edib.

XİN, həmçinin hadisənin ətraflı araşdırılması zərurətini də vurğulayıb:

“Əminik ki, İranın səlahiyyətli orqanları hərtərəfli araşdırma aparacaq, hadisəni törədənlərin cəzalandırılması üçün müvafiq tədbirlər görəcək”.

Paylaş: