Türkiyə xarici işlər naziri Hakan Fidan HƏMAS lideri Məhəmməd Dərvişin rəhbərlik etdiyi nümayəndə heyəti ilə İstanbulda görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, görüşdə Qəzzadakı humanitar vəziyyət və İsraillə dayandırılan danışıqlar müzakirə edilib.

HƏMAS lideri Qəzzaya buraxılan humanitar yardımın miqdarının ehtiyacları qarşılamadığını, İsrailin atəşkəs danışıqlarında güzəştsiz mövqe tutduğunu bəyan edib.

Türkiyəli nazir bildirib ki, İsrail atəşkəs danışıqlarını uzatmaqla Qəzza əhalisinin müqavimətini qırmaq və bununla da onları vətənlərini tərk etməyə məcbur etmək istəyir.

H.Fidan Türkiyənin danışıqların davam etdirilməsinə dəstək olduğunu qeyd edib.

Paylaş: