Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycan və Ermənistanın NATO ilə əməkdaşlığını şərh edib.
Globalinfo.az-ın xəbərinə görə, o, hər iki ölkənin NATO ilə əlaqələrini dərinləşdirdirməsi durumunda bunun regiondakı vəziyyətə təsirlərini də nəzərə almalı olduğunu bildirib.
“Ümid edirik ki, Azərbaycan və Ermənistan NATO ilə əməkdaşlığın dərinləşməsi halında vəziyyətin pisləşməsi risklərini dərk edəcəklər”.
Qeyd edək ki, Azərbaycan müstəqil və balanslı xarici siyasət yürüdərək, həm ikitərəfli, həm də çoxtərəfli platformalarda əməkdaşlığını davam etdirir. Bakı NATO ilə tərəfdaşlıq çərçivəsində əməkdaşlıq etsə də, bu əməkdaşlıq ölkənin suverenliyinə və regional sabitliyə zidd deyil.
Tahir Turan
Globalinfo.az