Klüçevskoy vulkanı Kamçatkada baş vermiş güclü zəlzələdən sonra püskürməyə başlayıb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Kamçatkada 1952-ci ildən bəri qeydə alınan ən güclü zəlzələdən sonra Klüçevskoy vulkanında püskürmə başlayıb.
“Hazırda Klüçevskoy püskürür”, – deyə qurumun “Telegram” kanalında yayımlanan məlumatda bildirilib və hadisəyə dair görüntülər də paylaşılıb.
Qeyd edək ki, Klüçevskoy vulkanı Avrasiya ərazisində ən hündür aktiv vulkan hesab olunur. Vulkan Ust-Kamçatsk rayonunun Klüçi qəsəbəsindən 30 km aralıda yerləşir. Qəsəbədə təxminən 4 500 nəfər əhali yaşayır.
Xatırladaq ki, Rusiyanın Kamçatka bölgəsində 8,7 bal gücündə güclü zəlzələ qeydə alınıb.
Video Axar.az-a məxsusdur













