Kamçatkada 8,7 bal gücündə zəlzələdən sonra əksəriyyəti hiss olunmayan 50-dən çox afterşok qeydə alınıb.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
“Saat 11:24-də (Bakı vaxtı ilə 03:24) zəlzələ nəticəsində 50-dən çox yeraltı təkan qeydə alınıb, onların bəziləri hiss olunub”, – qurumdan bildirilib.
Eyni zamanda zəlzələdən sonra 2,7 min insan Kuril adalarındakı təhlükəsiz bölgələrə təxliyə edilib.













