Ukraynanın şimalındakı Sumı şəhərində partlayış baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Obşçestvennoye” telekanalı məlumat yayıb.
Materialda ətraflı bilgi qeyd edilməyib.
İyulun 26-da Ukraynanın Xarkov və Dnepropetrovsk vilayətlərində də bir neçə partlayış olub. Ölkənin Rəqəmsal Transformasiya Nazirliyinin onlayn xəritəsindəki məlumatlar göstərir ki, həmin vaxt bölgələrdə hava reydləri ilə bağlı həyəcan siqnalı qüvvədə olub.
Bir gün əvvəl Ukraynanın “Strana.ua” nəşri Poltava vilayətində güclü partlayışın baş verdiyi barədə məlumat yayıb. Bu, Kremençuk şəhərində qeydə alınıb.
Əliyar Xəlil
Globalinfo.az