ac30ef29 684b 3946 a81a 8c2a1d982081 850

ABŞ prezidenti Donald Tramp Fransa lideri Emmanuel Makronun Fələstini tanımaq qərarı ilə bağlı açıqlama verib.

Globalinfo.az bildirir ki, Tramp Makronun fikirlərinin heç bir önəm daşımadığını bildirib.

Fransa prezidenti yaxşı adamdır, ancaq onun dediklərinin heç bir önəmi yoxdur. Makronun fikirləri heç nəyi dəyişməyəcək. Ondan xoşum gəlsə də, açıqlamasının çəkisi yoxdur”, – Ağ Ev rəhbəri vurğulayıb.

Xatırladaq ki, Makron Fransanın sentyabrda Fələstin dövlətini rəsmən tanıyacağını bəyan edib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: