İsrailin Xarici İşlər Nazirliyi Qəzzada atəşkəs və humanitar yardım tələbi ilə çıxış edən 25 ölkənin və Avropa Komissiyasının nümayəndəsinin birgə bəyanatına sərt reaksiya verib.

Globalinfo.az xəbər verir ki, rəsmi Təl-Əviv bu bəyanatın “reallıqdan uzaq” olduğunu bəyan edib.

İsrail tərəfi sənəddə HƏMAS-ın münaqişədəki rolu və məsuliyyətinin nəzərə alınmamasını tənqid edib:

“Mövcud vəziyyətə və hər iki tərəfin çəkdiyi əzablara görə məsuliyyət yalnız HƏMAS-ın üzərinə düşür. Münaqişəni davam etdirən tərəf də onlardır.”

İsrail beynəlxalq tərəfdaşlarını çağırıb ki, münaqişənin əsas səbəbini, HƏMAS-ın raket hücumları və mülki şəxslərdən “canlı qalxan” kimi istifadə etməsini unutmasınlar.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: