Sumqayıtda çoxmərtəbəli binadakı yanğın söndürüldü: 17 nəfər…

Sumqayıtda çoxmərtəbəli binadakı yanğın söndürüldü: 17 nəfər...

Sumqayıtda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı tüstüdən zəhərlənən şəxslərin adları məlum olub.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, Sumqayıt şəhər sakinləri, 2008-ci il təvəllüdlü Adilov Kənan Elşən oğluna məxsus ümumi sahəsi 80 kv.metr olan mənzilin 40 kv.metr hissəsi yanıb.

Yanğın nəticəsində həmin binada yaşayan qonşular, 1960-cı il təvəllüdlü İsmayılova Solmaz Fərzalı qızı, 1973-cü il təvəllüdlü Zamanova Yeganə Alməmməd qızı, 1959-cu il təvəllüdlü Mikayılov Taleh Məmməd oğlu, 2002-ci il təvəllüdlü Süleymanlı Fidan Ədalət qızı, 2024-cü il təvəllüdlü Süleymanlı Emin Elmir oğlu, 2009-cu il təvəllüdlü Süleymanlı Türkan Elşən qızı, 2024-cü il təvəllüdlü Zamanlı Sofiya Elçin qızı, 1983-cü il təvəllüdlü Yaqubova Gülnar Vaqif qızı, 1994-cü il təvəllüdlü Həmidov Zaur Cavanşir oğlu, 1994-cü il təvəllüdlü Məhərrəmli Məhərrəm Məharət oğlu, 1988-ci il təvəllüdlü Vəliyeva İlahə Mirvəzir qızı, 1994-cü il təvəllüdlü Cəbrayılov Cəbrayıl Namiq oğlu və vətəndaşların evdən çıxarılmasına kömək edən polis nəfərləri – 1995-ci il təvəllüdlü Nəsibli Eyvaz Əlövsət oğlu, 1999-cu il təvəllüdlü Mahmudov Həşim Umüd oğlu, 1997-ci il təvəllüdlü Əsədov Valeh Etibar oğlu, 1989-cu il təvəllüdlü Yarıyev Zaur Məzahir oğlu və 1999-cu il təvəllüdlü Xancanov Riad Ruslan oğlu tüstüdən zəhərlənərək xəstəxaya yerləşdirilib, ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

***20.07.2025 00:38

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Globalinfo.az-a nazirlikdən bildirilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onbirmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 7-si uşaq olmaqla 22 nəfər bina sakini təxliyə edilib.

Yanğın nəticəsində ümumi sahəsi 80kv.m. olan ikiotaqlı mənzilin yanar kostruksiyaları 40 kv.m. sahədə yanıb.

Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

***23:46

Sumqayıtın 6-cı mikrorayon ərazisində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə zamanı binada yaşayan sakinlər arasında tüstüdən zəhərlənənlərin olduğu bildirilir. Sakinlər binadan təxliyə edilib.

Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Hadisə yerinə dərhal yanğınsöndürən briqadaları cəlb olunub və yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Mənzillərdə qalan sakinlərin oradan çıxarılması ilə bağlı da işlər görülür.

Məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.