8aRqbl8rurz1UKwfZ1VsGFB1pYY9a0CG6CKjo0rS 1200

Ukrayna ordusunun tərkibində döyüşən azərbaycanəsilli hərbçi həlak olub.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, 1985-ci il təvəllüdlü Ukrayna vətəndaşı Faiq Musayev Xarkov vilayətinin Kupyansk istiqamətində gedən döyüşlərdə həyatını itirib.

Azərbaycanlı hərbçi Kiyev vilayətində dəfn olunacaq.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb.

Paylaş: