Sərhəddə hazırlıq başladı: bunkerlər sınaqdan keçirilir

Sərhəddə hazırlıq başladı: bunkerlər sınaqdan keçirilir

“Litva hərbçiləri Belarusla sərhəd yaxınlığındakı poliqonda bunkerləri sınaqdan keçirir”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Sputnik Litva” məlumat yayıb.

“Testlərin əsas məqsədi sığınacaq tikmək üçün materialların uyğunluğunu müəyyənləşdirməkdir. Həmçinin tələb olunan miqdarda partlayıcının köməyi ilə standart Rusiya artilleriya mərmilərinin partlamasına bənzər effekt yaradılıb”, – Litva ordusunun mətbuat xidməti bildirib.

İyulun əvvəlində məlum olub ki, Litva və Finlandiya 2026-cı ildə piyada əleyhinə minaların öz istehsalına başlamaq niyyətindədir.

“Reuters” agentliyinin məlumatına görə, istehsala ölkələrin bu cür sursatların istifadəsini və yayılmasını qadağan edən Ottava Konvensiyasından çıxması proseduru başa çatdıqdan sonra başlana bilər.

Estoniya , Latviya , Litva, Polşa və Finlandiyanın hakimiyyət orqanları artıq müvafiq qərarları təsdiqləyiblər.

Əliyar Xəlil
Globalinfo.az