eliyev pasinyan

“Ermənistanın Baş naziri Nikol Paşinyan kilsəyə və müxalifətə qarşı proses başlatmaqla Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ölkədə bütün vəziyyəti öz nəzarətində saxladığını göstərməyə çalışır”. 

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Kristin Vardanyan deyib.

O, Paşinyan xüsusilə dəhliz məsələsinin həlli üçün çalışdığını bildirib:

“Baş nazirin Zəngəzur dəhlizinin açılması üçün bəzi daxili məsələləri yoluna qoyması lazımdır. Ölkədə müxalifətə qarşı konkret proses başladılıb, hazırkı siyasətin əleyhinə danışanlarla bağlı addımlar atılır. Biz vəziyyəti anlamalıyıq”.

Qeyd edək ki, Ermənistanda çevriliş cəhdi planlamaqda ittiham olunan şəxslər saxlanılıb. İrəvan hökuməti bundan sonra Rusiyaya nota verib və Ermənistanın daxili işlərinə qarışmaması üçün xəbərdarlıq edib. Həmçinin ölkə daxilində rusmeyilli müxalifətə qarşı da kampaniya başladılıb.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: