ermensitan irevan

ABŞ Dövlət katibi Mark Rubio Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanacağına ümid etdiyini bildirib. Ağ Ev bu məsələyə çox diqqət yetirir”. 

Globalinfo.az xəbər verir ki, bunu Erməni Amerika Araşdırmaları Mərkəzinin direktoru Suren Sərkisyan deyib.

O, son zamanlarda ABŞ-ın müxtəlif kanallar vasitəsilə İrəvana məlumat göndərdiyini bildirib:

“Dövlət Departamenti açıq şəkildə bu məsələ üzərində işlədiyini deyir. Prezident Donald Tramp administrasiyası bu məsələdə uğur qazanmaq üçün fürsət görür və ondan yararlanmaq istəyir. Bakı və İrəvan arasındakı sülh danışıqlarının pərdə arxasında dayananlardan birinin də ABŞ olduğunu istisna etmirəm. Yəni tərəflər vasitəçisiz danışıqlar aparsa da, Vaşinqtonun burada müəyyən rolu var”.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: