“Putinlə Ərdoğan arasındakı görüşdə çox güman ki, Qarabağ ətrafında yaranmış vəziyyət müzakirə olunub”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın “Şərəfim var” Partiyasının parlament fraksiyasının katibi Tiqran Abramyan deyib.
“Türkiyə 44 günlük müharibədən sonra Qarabağ məsələsi prosesinə tam daxil olub və təsirini artırmağa çalışır. Bu isə bizim maraqlarımıza ziddir.
Rusiya əsas diqqətini Ukrayna cəbhəsinə ayırıb, ancaq Cənubi Qafqazda da aktivləşməyə məcburdur. Əks halda hadisələr onun üçün gözlənilməz addıma səbəb ola bilər.
Qarabağda Rusiyaya birbaşa və dolayı zərbələr bu ölkəni tədbirlər görməyə məcbur edəcək”, – o qeyd edib.
Tamerlan Yayaqan
Globalinfo.az