Samvel Karapetyan

Bu gün səhər saatlarında İrəvanda təhlükəsizlik qüvvələri həbsdə olan rusiyalı adamı Samvel Karapetyana məxsus “ Ermənistanın Elektrik Şəbəkələri” şirkətinin baş ofisinə basqın edib.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS agentliyinə şirkətin mətbuat katibi Natalya Sarcanyan məlumat verib.

Onun sözlərinə görə, forma geyinmiş naməlum şəxslər əməkdaşları binaya buraxmır.

“Səhər tezdən orada bəzi aksiyalar keçirilir, lakin təhlükəsizlik qüvvələrinin hansı idarədən gəldiyi bildirilmir. Şirkət işçiləri girişdə toplaşıblar, lakin içəri girə bilmirlər”, – deyə bildirilib.

Bundan başqa, hüquq-mühafizə orqanlarının əməkdaşları Samvel Karapetyanın qardaşı oğlu Narek Karapetyanın evində axtarışlar aparır.

Qeyd edək ki, iyunun 18-nə keçən gecə İrəvanda erməni əsilli rusiyalı milyarder, “Taşir” Şirkətlər Qrupunun prezidenti Samvel Karapetyan saxlanılıb. Bundan əvvəl o, Ermənistan hakimiyyətinin ölkənin baş nazirinin narazılığına səbəb olan hücumlarından sonra Erməni Apostol Kilsəsini dəstəkləyib. İş adamına qarşı iş açılıb və məhkəmə onun barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: