Orban “Zelenski planı” haqda sərt danışdı

Orban “Zelenski planı” haqda sərt danışdı

Ukrayna prezidenti Volodimir Zelenski Macarıstanı Rusiyadan enerji resurslarından imtina etməyə məcbur etmək istəyir.

Globslinfo.az xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban “X” sosial şəbəkəsindəki səhifəsində bildirib.

Onun sözlərinə görə, Zelenski bu planın Macarıstan xalqına nə qədər baha başa gələcəyinin fərqində deyil.

Qaz pulu üç, işıq pulu ikiqat artacaq. Mən Brüsselə Ukrayna naminə macar ailələrini qurban verməyə icazə vermərəm!”, – deyə siyasətçi kəskin şəkildə etirazını bildirib.

Daha əvvəl Orban bəyan etmişdi ki, Avropa ölkələrinin vətəndaşlarının əksəriyyəti Ukraynanın Avropa İttifaqına (Aİ) qoşulmasının əleyhinədir.

Tahir Turan

Globalinfo.az