tramp neft

Rusiyanın Ural markalı neftinin orta qiyməti iyun ayında demək olar ki, 14 faiz ucuzlaşıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinin (İİN) məlumatlarına istinadən məlumat yayıb.

Bildirilir ki, 2025-ci ilin iyun ayının nəticələrinə görə, xammal vergilərinin hesablanmasında istifadə edilən Rusiyanın Ural neftinin orta dəyəri 2024-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 14 faiz azalaraq bir barel üçün 59,84 dollara düşüb.

Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin iyununda Ural neftinin orta qiyməti bir barel üçün 69,58 dollar olub. Belə ki, son bir ildə Rusiya büdcəsinin formalaşması üçün vacib olan xammalın dəyəri ümumilikdə 9,74 dollar azalıb.

Bütün bunların fonunda Rusiyanın maliyyə naziri Anton Siluanov 2026-cı ilin büdcəsi hazırlanarkən neftin qiymətinin dəyişdirilməsinə baxılacağını açıqlayıb. Onun sözlərinə görə, hazırkı 60 dollar/barel səviyyəsi artıq dövrün çağırışlarına cavab vermir.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı Rusiya ilə Ukrayna arasında münaqişəyə son qoymağın yolunu açıqlamışdı. Onun sözlərinə görə, bu, dünya bazarında neftin qiymətinin aşağı düşməsi fonunda reallaşa bilər.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: