tramp netanyahu zeng

ABŞ Prezidenti Donald Tramp bu gün İsrailin Baş naziri Binyamin Netanyahuya zəng edərək, atəşkəsi pozmamasını, İrana zərbəni dayandırmasını istəyib”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” İsrail rəsmisinə istinadən məlumat yayıb.

Netanyahu Trampa zərbəni dayandıra bilməyəcəyini və atəşkəsi pozan İrana cavab verməli olduğunu deyib. Sonda zərbənin miqyasını əhəmiyyətli dərəcədə azaltmaq barədə qərar qəbul edilib”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: