moskva

“Ermənistanın Avropaya inteqrasiyası prosesinin dərinləşməsi bu ölkənin hava məkanının Rusiyaya bağlanması ilə nəticələnə bilər”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.

O, Avropa İttifaqının əvvəl də belə bir tələb irəli sürdüyünü söyləyib:

“Baxın, hazırda bizim Avropa İttifaqı (Aİ) ilə heç bir hava əlaqəmiz yoxdur. Aİ səmalarını Rusiya təyyarələrinin üzünə bağlayıb. Ermənistan da səmalarını bağlayacaq? Yaxşı, ittifaqa daxil olsanız, Brüssel sizə səmanı bağla deyəcək, siz də bağlayacaqsınız, alternativiniz olmayacaq. Rusiya tərəfi buna məhəl qoymaya və bu məsələlər barədə düşünməyə bilməz”.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: