Tramp: “İran rəsmiləri mənə zəng edir!”

Tramp: “İran rəsmiləri mənə zəng edir!"

İran rəsmiləri mənə zəng edir, nüvə razılaşması istəyirlər”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “NBC News” kanalına verdiyi açıqlamada deyib.

O bildirib ki, İran rəsmiləri onunla əlaqə saxlayaraq Tehranın nüvə proqramı ilə bağlı yeni razılaşma imzalamaq istədiklərini bildiriblər.

“Onlar əvvəl fürsəti qaçırdılar. Bəlkə indi yeni bir fürsət yaranacaq. Görək nə olacaq”, – Tramp bildirib.

Aparıcının “niyə məhz indi – İsrailin zərbələrindən sonra – İranın razılaşma istəyində olduğunu düşünürsünüz?” sualına cavab olaraq Ağ Ev rəhbəri deyib:

“Çünki artıq mənə zəng edirlər. Danışıqlar aparmaq istədiklərini bildirirlər”.

Aysel Əliyeva
Globalinfo.az