“Netanyahu rəhbərliyi düşünmədən, təcavüzkar və qanunsuz hərəkətləri ilə bölgəmizi və bütün dünyanı fəlakətə sürükləməyə davam edir”.
Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O, İsrailin İrana hücumlarını pisləyib:
“Qonşumuz İrana edilən hücumlar beynəlxalq hüququ heçə sayaraq yol verilən bir təxribatdır. Baş nazir Benyamin Netanyahu administrasiyası ehtiyatsız, aqressiv və qanunsuz hərəkətləri ilə bölgəmizi və bütün dünyanı fəlakətə sürükləməyə çalışır. Beynəlxalq ictimaiyyət qlobal və regional sabitliyi hədəf alan İsrail quldurluğuna son qoymalıdır. Netanyahunun və onun şəbəkəsinin bütün bölgəmizi yandıran hücumlarının qarşısı alınmalıdır”.
Əliyar Xəlil
Globalinfo.az














