Ermənistanın keçmiş baş naziri həbs edildi

Ermənistanın keçmiş baş naziri həbs edildi

Ermənistanın keçmiş baş naziri Ovik Abramyan saxlanılıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Səhər saatlarında Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin Abramyanın evində axtarışa başladığı və özünün isə saxlanıldığı bildirilir.

Nəşr rəsmi qurumlar və Abramyanın vəkili ilə əlaqə saxlamağa çalışsa da, mümkün olmayıb.

Qeyd edək ki, Ovik Abramyan 2014-2016-cı illərdə Ermənistanın baş naziri vəzifəsini icra edib.

Əliyar Xəlil
Globalinfo.az