Paşinyanın İrəvandakı mənzili satıldı

Paşinyanın İrəvandakı mənzili satıldı 

Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvandakı üçotaqlı mənzilini 110 min dollara satıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Məlumata görə, mənzili Marina Albertovna Ruds adlı əcnəbi alıb.

Bildirilir ki, bu, baş nazirin oğlu Aşot Paşinyanın 2024-cü ildə rəsm sərgisi təşkil etdiyi mənzildir.

Əliyar Xəlil
Globalinfo.az