ABŞ İrana qarşı sanksiyaları dayandırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Val Strit Jurnal” (VSJ) mənbələrinə istinadən yazıb.
Bildirilib ki, Ağ Evin mətbuat katibi Karoline Leavitt bununla bağlı yüksək vəzifəli rəsmilərə məlumat verib.
“ABŞ Prezidenti Donald Trampın İrana “maksimum təzyiq” siyasəti dalana dirənib. O, bu strategiyadan ilk prezidentlik dövründə (2017-2021) istifadə edib və yanvarda Ağ Evə qayıtdıqdan sonra onu bərpa edib”, – deyə nəşr yazıb.
Ağ Evin mətbuat katibinin müavini Anna Kelli sözügedən məlumatı təkzib etməyib və əlavə edib ki, sanksiyalarla bağlı hər hansı yeni qərar ya Tramp administrasiyası, ya da müvafiq qurumlar tərəfindən açıqlanacaq.
Qeyd edək ki, Vaşinqton sonuncu dəfə 2025-ci ilin may ayının ortalarında davam edən nüvə danışıqları fonunda İrana qarşı genişləndirilmiş sanksiyaları elan edib. Bundan əvvəl Tehran İranın ABŞ-la nüvə proqramı ilə bağlı danışıqlarda irəliləyiş əldə etdiyini bildirmişdi.
Əliyar Xəlil
Globalinfo.az