sefirlik

Rusiyanın İsveçdəki səfirliyinin binası pilotsuz uçuş aparatı (PUA) vasitəsilə növbəti hücuma məruz qalıb.

Globalinfo.az xəbər verir ki, gadisə ilə bağlı “RİA Novosti” agentliyi məlumat yayıb.

“Sentyabrın 7-də səhər tezdən Rusiyanın İsveçdəki səfirliyinə pilotsuz uçan aparatdan istifadə etməklə növbəti hücum edilib və oradan diplomatik nümayəndəliyin ərazisinə boya olan plastik torba atılıb”, – deyə bildirilib.

Oxşar hadisə iyulun 5-də də baş verib. İsveçdəki Rusiya Ticarət Nümayəndəliyinin ərazisinə pilotsuz uçan aparatdan boya paketi atılıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: