ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında nüvə proqramı ilə bağlı razılaşmanın yaxın zamanlarda əldə oluna biləcəyini bildirib.
Globalinfo.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə keçirdiyi mətbuat konfransında danışıb. Tədbirdə hökumət səmərəliliyi üzrə departamentin (DOGE) rəhbəri və iş dünyasına geri dönən İlon Mask da iştirak edib.
Trampın sözlərinə görə, İran tərəfi razılaşma imzalamaqda maraqlıdır:
“Onlar razılaşma əldə etməyi üstün tutar. Və düşünürəm ki, bu, uzaq olmayan bir gələcəkdə baş verə bilər”, – deyə Tramp qeyd edib.
O, çıxışında ABŞ-İran münasibətlərinin gələcəyi ilə bağlı optimist tonla danışıb, lakin detalları açıqlamayıb.
Aysel Əliyeva
Globalinfo.az