Bakıda qətl hadisəsi olub.
Globalinfo.az Lent.az-a istinadən xəbər verir ki, hadisə bir neçə dəqiqə əvvəl Nizami rayonu ərazisində, “Neftçilər” metrostansiyasının yaxınlığında qeydə alınıb.
Mübahisə zamanı ər arvadını öldürüb.
Hadisənin hansı səbəbdən baş verməsi, eləcə də ər-arvadın adları hələlik bilinmir.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Araşdırma aparılır.














