
Globalinfo.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Qəbul İstanbulda, Vahdeddin Köşkündə baş tutub. Prezident Ərdoğan “Fənərbağça” klubunun prezidenti Ali Koç, komandanın basketbolçuları və texniki heyəti ilə görüşüb, onları qazandıqları uğura görə təbrik edib.
Görüş zamanı xatirə fotosu çəkilib.
Komandanın kapitanı Melih Mahmutoğlu Ərdoğana üzərində adı yazılmış forma hədiyyə edib. “Fənərbağça Beko”nun maskotu “Yellow” isə yumşaq oyuncağını dövlət başçısına təqdim edib.
Qəbulda gənclik və idman naziri Osman Aşkın Bak da iştirak edib.
Aysel Əliyeva
Globalinfo.az














