“Pessimizm və ümidsizlik artıq Ermənistanın yoldaşı deyil”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Ölkəmizin uzunmüddətli yol yoldaşları sülh və təhlükəsizlikdir. Müharibə yox, məhz sülh olacaq,” – deyə Paşinyan bildirib.
Qeyd edək ki, son vaxtlar Ermənistanda tez-tez yeni müharibənin olacağı haqda iddialar səsləndirilir. Bunun fonunda rəsmi Bakıda regionda sülh və quruculuq işlərinə start verib.
Safura Bənnayeva
Globalinfo.az