Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyaya səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüş keçirib.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS agentliyi danışıqlardan sonra Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrə istinadla məlumat yayıb.
Bildirilib ki, görüşdə Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı son təşəbbüslər və 16 mayda İstanbulda keçirilmiş danışıqlardan sonrakı vəziyyət müzakirə olunub.
Bundan əlavə, Türkiyə və Rusiya arasında iqtisadi və enerji sahələrində əməkdaşlıq məsələlərinə də toxunulub.
*** 21:05
Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında görüş olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Xəbər yenilənir…
Aysel Əliyeva
Globalinfo.az