Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-a səfər edib.
Globalinfo.az xəbər verir ki, bu məlumatı Türkiyə Xarici İşlər Nazirliyi yayıb.
Məlumata görə, səfər yanvarın 20-nə qədər davam edəcək. Onun bu gün ABŞ-ın Dövlət katibi Entoni Blinkenlə görüşü nəzərdə tutulub. Tərəflərin ölkələr arasındakı münasibətlə yanaşı regional məsələlərə də toxunacağı bildirilib.
Çavuşoğlunun Amerikada həmçinin analitik mərkəzlərdə görüşünün keçirilməsi də gözlənilir.
Qeyd edək ki, dünən Vaşinqtonda Türkiyə xarici işlər nazirinin müavini Sedat Önalla ABŞ dövlət katibinin müavini Viktoriya Nuland arasında görüş keçirilməli idi.
Zaira Akifqızı
Globalinfo.az