irv

İrəvanın mərkəzində partlayışın səbəbi Dövlət Nəzarət Xidməti binası və Ermənistan prezidentinin iqamətgahının yaxınlığında baş verən ciddi yol-nəqliyyat hadisəsi olub.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, rəsmi məlumata görə, qəza nəticəsində dörd nəqliyyat vasitəsi – üç minik avtomobili və bir betonqarışdırıcı yük maşını toqquşub. Zərbənin gücündən yük maşını aşıb və hadisəyə cəlb olunan bütün nəqliyyat vasitələri alışaraq yanıb.

Hadisə şahidlərinin sözlərinə görə, yanğından öncə güclü partlayış səsləri eşidilib. Əraziyə dərhal dörd yanğınsöndürmə briqadası cəlb olunub və alovun söndürülməsi istiqamətində tədbirlər görülüb.

Hazırda zərərçəkənlər və qəzanın səbəbləri barədə məlumat dəqiqləşdirilir. Ermənistan hüquq-mühafizə orqanları hadisənin başvermə şəraitini araşdırmağa başlayıb.

 

Paylaş: