“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə danışıqlar zamanı 30 günlük atəşkəs rejimini dəstəkləyəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar üzrə direktoru Fəxrəddin Altun deyib.
“Ərdoğan gecikmədən sülh danışıqlarına başlanılmasını vurğulayacaq. Ümumiyyətlə, liderlər ikitərəfli və nümayəndə heyətləri arası görüşlər zamanı Ukrayna münaqişəsinin həlli çərçivəsində bütün məsələlərin müzakirəsini planlaşdırır”, – deyə o bildirib.
Qeyd edək ki, Rusiya və Ukrayna arasında İstanbulda danışıqları günorta saatlarında başlayacaq.
Əliyar Xəlil
Globalinfo.az