68236839398eb48e482c52cf

Donald Tramp yalnız Vladimir Putin də iştirak edəcəyi halda İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarına qatılacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq “Fox News” telekanalına müsahibəsində danışıb.

“Ümid edirik ki, prezident Putin də orada olacaq və bu halda Tramp da iştirak edəcək. Bu, həqiqətən inanılmaz bir görüş ola bilər”, – deyə o bildirib.

Kelloqun sözlərinə görə, ABŞ tərəfinin qarşıdan gələn görüş üçün müəyyən şərtləri və müzakirə olunmalı məsələləri var. Vaşinqton tərəflərin bir sıra güzəştlərə getməsini vacib hesab edir.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: