“Qəzzada genişmiqyaslı əməliyyat başlayır, HƏMAS tamamilə məhv ediləcək”.
Globalinfo.az xəbər verir ki, belə bir bəyanatla İsrailin Baş naziri Benyamin Netanyahu çıxış edib.
“İsrail yaxın günlərdə Qəzza sektorunda HƏMAS-ı tamamilə məhv etməyə yönələn böyük bir hərbi əməliyyata başlayacaq”, – deyə Baş nazir bildirib.
Netanyahu bu bəyanatla bir daha İsrailin HƏMAS-a qarşı mübarizədə güzəştə getməyəcəyini və təşkilatın tamamilə sıradan çıxarılmasının əsas hədəf olduğunu vurğulayıb.
Aysel Əliyeva
Globalinfo.az