
Pakistan ordusu Hindistan sərhədi yaxınlığındakı əməliyyat bölgələrində “Çəkic zərbəsi” adlı təlim keçirib.
Globalinfo.az xəbər verir ki, Pakistan Müdafə Nazirliyi təlimin görüntülərini paylaşıb.
Təlimin məqsədinin döyüş hazırlığını, sahə koordinasiyasını və qabaqcıl silah sistemlərinin inteqrasiyasının artırılması olduğu bildirilib.
Məşqlər zamanı döyüş ssenarilərini simulyasiya etmək üçün çoxməqsədli hərbi təyyarələr, aviasiya sistemləri, uzaqmənzilli dəqiq artilleriya və döyüş mühəndisliyi texnologiyalarından istifadə edilib.
Qeyd edək ki, bundan əvvəl Pakistanın informasiya naziri Attaulla Tarar əldə edilən kəşfiyyat məlumatlarına əsasən Hindistanın müharibəyə hazırlaşdığını bildirib.
Ayşən Mustafa
Globalinfo.az