Hindistan hökuməti X platformasında Pakistan hökumətinin rəsmi səhifəsini əngəlləyib.
Globalinfo.az xəbər verir ki, bu addımın Cammu və Kəşmirdə baş verən terror aktına görə atıldığı bildirilib.
Hindistan hökuməti həmçinin Pakistanla sərhəddə “Atari” keçid məntəqəsini də bağlayıb.
Qeyd edək ki, Pahalqamda baş verən terror hücumu nəticəsində 26 turist ölüb.
Ayşən Mustafa
Globalinfo.az